Bərdə rayonunda sərnişin mikroavtobusunda naməlum kişi meyiti tapılıb.

Unikal.org apa-ya istinadən xəbərinə görə, 3 saylı sərnişin mikroavtobusunda meyiti tapılan şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

19:44

Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Əfəndiyev Habil Sabir oğlu olduğu müəyyənləşib.

H. Əfəndiyevin ölümünə səbəb ürək xəstəliyi olub.