Azərbaycan parlament nümayəndə heyəti Avronest PA-nın növbəti sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub.

Milli Məclisdən Unikal.org-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri,Milli Məclisin Gənclər və idman komitəsinin sədriFuad Muradov, deputatlardan Məlahət İbrahimqızı, Rövşən Rzayev, Ağalar Vəliyev, Rauf Əliyev və Fərəc Quliyev daxil olublar.

Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi məsələlər, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi və Sosial məsələlər komitələrinin iclasları keçirilib.

Təşkilatın Siyasi komitəsininiclasında F.Muradov, Rövşən Rzayev və Fərəc QuliyevErmənistanın işğalçılıq siyasətinə dair çıxışlar ediblər.

F.MuradovErmənistan-Azərbaycan, DağlıqQarabağmünaqişəsinin regionda sülhün və sabitliyin təmin olunmasına maneə törətdiyini bildirib, habelə beynəlxalq təşkilatları, o cümlədənAvropaİttifaqını münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalətli həllində daha fəal olmağa çağırıb.

Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqin artırılmasının vacibliyi vurğulanıb, münaqişənin sülh yolu ilə həllində irəliləyişin müşahidə olunduğu zamanErmənistanhakimiyyətinin daim təxribatlara əl atdığı qeyd edilib.

R.Rzayev Siyasi komitənin hesabatı barədə iştirakçılara məlumat verib və öz fikirlərini paylaşıb. O,BMT-nin Təhlükəsizlik Şurasının DağlıqQarabağmünaqişəsi barədə dörd qətnaməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb və həmin konfliktin həllinin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi əsasında mümkün olacağını vurğulayıb.

F.Quliyev də eyni məzmunlu məruzə ilə çıxış edib və Avronest Parlament Assambleyasının bütün sənədlərində Gürcüstan, Moldova və Ukrayna ərazilərinin Rusiya, DağlıqQarabağın isəErmənistantərəfindən işğal olunduğu faktlarının əks olunmasını təklif edib, eləcə də işğalçı qoşunların həmin ərazilərdən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edib.

Siyasi komitədə qəbul edilən Hesabatdanermənilərin Azərbaycan əleyhinə təklif etdiyi bütün maddələr çıxarılıb.