Avropanın ən bahalı heyətə sahib klublarının adları açıqlanıb. 

Unikal.org bildrir ki, siyahını "CIES Football Observatory hazırlayıb. Sİyahıda Avropanın ən bahalı klubu "Mançester Sitidir. "Şəhərlilərin dəyəri 1,196 milyard avrodur. "Mançester Sitinin ən bahalı futbolçusu isə Kevin de Bruynedir - 144,5 milyon avro. 

2-ci pillədə də İngiltərə klubu - "Tottenhem qərarlaşıb - 1,173 milyard avro. Onların ən qiymətli futbolçusu isə Harri Keyndi - 186 milyon avro. 

3-cü pillədə yer alan "Barselonanın heyəti 1,13 milyard avrodur. "Barsanın ən bahalı futbolçusu isə Luis Suares hesab edilib - 134 milyon avro. Lionel Messiyə 117,3 milyon avro qiymət qoyulub. 

"Real siyahıda 6-cı pillədə qərarlaşıb - 903 milyon avro. Kriştiano Ronaldoya isə 96 milyon avro qiymət qoyulub.

Mançester Siti (İngiltərə) - 1,96 milyard avro


Tottenhem (İngiltərə) - 1,173

Barselona (İspaniya) - 1,130

Çelsi (İngiltərə) - 1,044

Mançester Yunayted (İngiltərə) - 919

Real (İspaniya) - 903

Liverpul (İngiltərə) - 901

PSJ (Fransa) - 864

Atletiko (Madrid, İspaniya) - 800

Yuventus (İtaliya) - 743.