Adətən idmançıların uğurları, gəlirlərilə yanaşı, özəl həyatları da diqqət çəkib.

Unikal.org məşhur idmançıların, idman xadimlərinin həyat yoldaşı və övladlarıyla çəkilmiş fotolarını təqdim edir.

Əməkdar idman ustası, əməkdar məşqçi, Kikboksinq üzrə 22 dəfə dünya çempionu, məşhur idmançı Eduard Məmmədovun əkiz övladı var - Raul və Belgiz-¦.





Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, idman ustası, əməkdar məşqçisidir, "Şöhrət" ordenli Firdovsi Umudov 3 qız övladı var.





Kikboks üzrə 3 qat dünya çempionu Fuad Zeynalovun Mənzər adında bir qızı var.




Sərbəst güləş üzrə yığma komandanın üzvü, üçqat dünya çempionu Hacı Əliyevin də bir qız övladı var.




Karate Do üzrə dünya və avropa çempionu Niyazi Əliyevin bir oğlu, bir qızı var.





Qadınların güləş üzrə milli komandanın üzvü Mariya Stadnikin də bir oğlu və bir qızı var.




Ötən il ailə quran Karate üzrə dördqat dünya və 13 dəfə Avropa çempionu Rafael Ağayevin bir oğlu var.




Cüdo üzrə Avropa çempionumuz Nicat Şıxəlizadə də bir qız atasıdır.





Cüdo üzrə olimpiya mükafatçısı Elmar Qasımovun iki oğlu var.




Parataekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu, Azərbaycan Respublikası idman ustası Aynur Məmmədovanın bir oğlu var. 






Cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov da bir qız atasıdır.




"Qarabağın keçmiş oyunçusu İlqar Qurbanovun 2 oğlu var.



Yunan-Roma güləşi üzrə ikiqat olimpiya mükafatçısı Rövşən Bayramovun da iki oğlu var.




Olimpiya çempionu Fərid Mansurov bir qız, bir oğul atasıdır.





Ağır atletika üzrə Qazaxıstanın azərbaycanlı olimpiya çempionu Nicat Rəhimovun da bir oğlu var. O, oğluna atası Əli Rəhimovun adını verib.





İkiqat paralimpiya, ikiqat dünya çempionu, 6 dəfə Avropa çempioni Avropa Oyunlarının qalibi İlham Zəkiyevin İlkin, Aynur və Həmzə adlarında 3 uşağı var.





London Paralimpiya oyunlarının qalibi Ramin İbrahimovun bir oğlu bir qızı var.




Ağır atletika üzrə gənclər arasında dünya çempionu (2013) və 4 dəfə Avropa çempionatının qalibi Valentin Xristovun Viktoriya və Melisa adında 2 qızı var.



Aygün İlqarqızı