Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Əlahəzrət, Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına əmin-amanlıq və rifah diləyirəm".