Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Cenevrə sammitinin nəticələrinə əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar

Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə Zaxarova bu gün keçirilən brifinqdə deyib.

"Digər fromatda təmaslara gəldikdə isə, onlar da istisna edilmir ".

Qeyd edək ki, bu il oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Cenenvrədə görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.