Rusiyanın şərqindəki Kamçatka yarımadasında vulkan püskürüb.

Unikal.org "Ölkə.Az"-a istinadən xəbər verir ki, Şeveluç vulkanı 8 min metr hündürlüyə qədər kül püskürüb. ABŞ-ın ən şimal ştatı olan Alyaskada göy üzünü kül buludları örtdüyü üçün təyyarə reysləri ləğv edilib.

Vulkan dağı ilə hava səfərlərinin ləğv edildiyi Alyaska şəhərləri arasında 2 min km məsafə var. 6.100 metr hündürlükdə olan kül buludları hava nəqliyyatı üçün təhlükə sayılır.