Türkiyənin məşhur atrisası Hande Erçel yenidən diqqət çəkib. O Nişantaşıda kameralara tuş gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, son zamanlar kökəldiyi üçün tənqid atəşinə tutulan, bəyənilməyən Handenin xeyli çəki saldığır gözdən qaçmayıb.

Jurnalistlərin suallarını ötəri cavablayan, onlardan qaçmağa çalışan 23 yaşlı aktrisa sirrini açmalı olub:

"Artıq xeyli zamandır yaşıl alma və darçınla başımı qatıram. Xəmir xörəklərindən tamamilə uzağam. Formamı qorumağa çalışıram.

İddia edilir ki, 60 kiloqrama qədər kökələn Hande Erçel əsas siması olduğu markanın tanıtma reklamındakı rəqsindən sonra arıqlamaq qərarına gəlib. Belə ki, izləyiciləri onun çox kökəldiyini və artıq ətlərinin onu çirlin göstərdiyini bildiriblər.