İraqın Müdafiə Nazirliyi bu ölkədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanılması barədə xəbərləri təkzib edib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" İraqın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir",- deyə mənbə KİV-ə bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl iraqlı deputat Vian Dahil 512 rus və 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə olması şübhəsi ilə saxlanıldığnı açıqlayıb.