Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.
 
İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.
 
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.