Amerika Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) Yupiter planetinin ən son fotolarını paylaşıb.

Unikal.org xəbər verir ki, fotolar "Yuno kosmik gəmisinin Yupiterə 8-ci yaxın məsafədən keçdiyi sırada çəkilib.
Kosmosa 2011-ci ildə göndərilən "Yuno 5 il sonra Günəş sisteminin ən böyük planeti olan Yupiterin orbitinə daxil olub. Plaetin daxili quruluşunu araşdıran kosmos gəmisi maqnetik sahələri, cazibə qüvvəsini və atmosferin dinamikliyini yoxlayır və NASA-ya göndərir. Bu bilgilər vasitəsilə Yupiterin əmələ gəlməsi və əsrlərdir elmə məlum olmayan sirlər araşdırılır.

"Yuno kosmik gəmisi 20 fevral 2018-ci ildə planetin səthinə doğru edəcəyi son səyahətindən sonra atmosferdə yanaraq öz missiyasını tamamlayacaq.