Hadisənin "Sıfır Tolerans adlı mahnısına çəkdirdiyi klipin görüntüləri ortaya çıxıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin fransalı maniken Aurelien Muller ilə birlikdə çəkildiyi cəsarətli görüntülər geniş müzakirəyə səbəb olub.

Hadisənin klipdə sevgilisi rolunu canlandıran Muller ilə Nyu-Yorkda birlikdə tətil keçirdiyi iddia edilib.

Hadisə isə sevgi dedi-qodularını yalanlayıb.