Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutulub.

Unikal.org-un   apa-ya istinadən məlumatına görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə barəsində axtarış elan olunmuş Gülnarə Nadir qızı Cabbarova Rusiyada saxlanılıb.

Hazırda onun Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər görülür.