ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmədən tərk edib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şam yeməyi zamanı Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb.

Bundan əvvəl APEC liderlərinin Vyetnamın Dananq şəhərində keçirilən fotoşəkil çəkilişi zamanı prezidentlər bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb.

Bundan əvvəl liderlər arasında görüş iyulda Hamburqda "G-20 sammiti çərçivəsində baş tutmuşdu.