Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Qvan Çjin məhkəmənin qərarı ilə həbs olunub.

Unikal.org-un "Rönhap agentliyinə istinadən verdiyi xəbərə görə, Kim Qvan Çjin keçmiş prezident Li Mön Bakın dövründə vəzifəsindən sui-istifadədə və ictimai rəyi manipulyasiya etməkdə günahlandırılıb. Məlumata əsasən, sabiq nazirlə yanaşı onun keçmiş müavini də həbs edilib.

68 yaşlı Kim Qvan Çjin 2010-2014-cü illərdə Cənubi Koreyanın müdafiə naziri olub. Li Mön Bak isə 2008-2013-cü illərdə Cənubi Koreyaya başçılıq edib.