İstanbulda gecə klublarının birində baş vermiş atışma nəticəsində 2 nəfər həlak olub.

Unikal.org-un məlumatına görə, atışma iki qruplaşma arasında qeydə alınıb.

Hadisə zamanı həmçinin 6 nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hazırda atışmada iştirak edən şəxslərin axtarışları aparılır.