Moskvanın Basman rayon Məhkəməsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində həbs qətimkan tədbiri seçib.

Unikal.org  "İnterfaks"a istinadən xəbər verir ki, bunu onun vəkili Marina Rusakova deyib.
O əlavə edib ki, həbs qərarı qanunsuz olaraq ona verilib: "Hadisə oktyabr ayının 30-da baş verib. Noyabrın 15-də isə həbs qərarının üzərindən götürülməsi üçün Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik isə T.İsmayılov saxlanılmayıb". 

Moskvanın Basman rayon Məhkəməsi T.İsmayılovu insan ölümü, çirkli pulların yuyulmasında ittiham edərək həbs qərarı verib. 

T.İsmayılovun özü prosesdə iştirak etməyib həbs qətimkan tədbiri qiyabi formada çıxarılıb.