İsrail Müdafiə Nazirliyi Rusiyaya məxsus pilotsuz təyyarəni vurdu.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Suriyaya məxsus, İsrailin ələ keçirdiyi Holon təpələri deyilən ərazidə baş verib.
İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Suriya-İsrail sərhədində Holon təpələri deyilən ərazidə Rusiyaya məxsus olan pilot təyyarəsi vurularaq düşürülüb.
Qeyd edək ki, İrsail dövləti rəsmi şəkildə dəfələrlə bəyan edib ki, Holon təpələri onların rəsmi ərazisi sayılır.
İsrailin baş naziri Benyamin Netanyahu Holan təpələrinin bu ölkəyə aid olduğunu, artıq 50 ildir ki, sözügedən ərazi İsrail dövlətinin nəzarətindədir və bundan sonra rəsmi Təl-Əviv onu heç bir dövlətə geri qaytarmayacaq bəyanatını verib. Netanyahu açıq şəkildə bildirib ki, Holan təpələri İsrail dövlətinin bir hissəsidir. 

Xatırladaq ki, sözügedən təpələr Suriyadan 6 günlük müharibənin nəticəsində alınıb. Həmin müharibə 1967-ci ildə ərəb dövlətlərinin İsrailə müharibə elan etməsiylə başlamış və qısa müddətdə rəsmi Təl-Əvivin qələbəsiylə başa çatmışdı. Netanyahu sözlərinə onu da əlavə edib ki, Holan təpələri 49 il ərzində İsrailin ən abad ərazilərindən birinə çevrilib və onun inkşafı üçün dövlət çox böyük zəhmət sərf edib.