Göyçay rayonunda yol qəza hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində baş verib. Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov İlyas Mirzəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili idarə edərkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Qasımov Elvin Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.