ABŞ-ın Oklahoma ştatının sakini öz anası ilə nikaha görə 10 il azadlıqdan məhrum edilib.

Unikal.org xəbər verir ki, bu haqda "Tulsa World" yerli nəşri bildirib.

Nəşr qeyd edir ki, 26 yaşlı Mist Spenn yaxın qohumlar arasında cinsi əlaqədə ittiham edilənlər üçün nəzərdə tutulmuş maksimal cəza alıb. İttihamlar onun 44 yaşlı anası Patrişin Spennə qarşı da irəli sürülmüşdü. Ancaq qadın günahını etiraf etməyib. Məhkəmə onun işinə növbəti ilin yanvarında baxacaq.

Qəzetin yazdığına görə, Misti Spenn nənəsi ilə qalırdı, çünki onun anası valideyn hüquqlarından məhrum edilmişdi. O, anası ilə 2014-cü ildə yenidən görüşüb və iki il sonra onunla evlənib.(publika.az)