Ötən il korrupsiya və rüşvət ittihamları ilə Amerikada həbs edilən tanınmış iş adamı Rza Zərrabın azadlığa buraxılması ilə bağlı məlumatlar yayılıb.

Unikal.org xəbər verir ki, Türkiyə KİV-ləri Rza Zərrabla bağlı xəbəri ABŞ Federal Həbsxana Bürosunun rəsmi saytına istinadən tirajlayıb. Belə ki, rəsmi saytda iş adamının dosyesində onun azadlığa buraxıldığı qeyd olunub.

Məlumat dərc olunandan sonraABŞ rəsmisi açıqlama verərək Rza Zərrabın sərbəst buraxılmadığını, ABŞ Federal Həbsxana Bürosunun rəsmi saytında texniki səhvə yol verildiyini bəyan edib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.