Britaniya parlamentinin 40 üzvü "Brexit" üzrə danışıqlar fonunda ölkənin baş naziri Tereza Meyə etibar etməmək barədə bəyanat imzalamağa hazırlaşır.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, hazırda baş nazirin istefa prosesinə başlamaq üçün parlament üzvlərdən cəmi 8-nin imzası qalıb. 

Həmçinin Britaniya hökumətində bəyan ediblər ki, Krallığın Avropa İttifaqından çıxması rəsmi olaraq yerli vaxtla 29 mart 2019-cu il tarixində saat 23:00-da baş tutacaq.