Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər.

Unikal.org bildirir ki, bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.