Ağdaşda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Yuxarı Qəsil kəndində "Vaz" markalı minik avtomobilinin salonu və qabaq lövhəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.