Ağır atletika tarixində ilk üçqat olimpiya, yeddiqat dünya çempionu Naim Süleymanoğlunun səhhəti yenidən ağırlaşıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl qara ciyəri dəyişdirilən 50 yaşlı Süleymanoğlu dünən beyin qanaması keçirdiyi üçün təcili əməliyyat edilməli olub. Əməliyyatdan sonra o, reanimasiyaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, sabiq idmançının hazırda durumu sabit olsa da, həyati təhlükəsi davam edir.

Əməliyyatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Süleymanoğlunun ailə üzvləri ilə telefonla danışdığı bildirilib.

Xatırladaq ki, Naim Süleymanğolu 46 dəfə dünya rekordu müəyyənləşdirib. O, ağır atletika tarixində indiyədək ən çox titulu olan idmançıdır. O içki aludəçiliyinə, bu səbəbdən komaya düşdüyü üçün bir vaxtlar mətbuatın gündəminə düşmüşdü.