Kayseri şəhərində qəribə hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, 5-ci Ailə Məhkəməsinə müraciət edən əcnəbi vətəndaş A.Ç həyat yoldaşından boşanmaq üçün ərizə verib. 

Hakim V.Ö qadının tələbini təmin edib. Həmçinin əri E.Ç-nın ona 6 ay müddətinə yaxınlaşmaq qadağası qərarını qəbul edib. 

İddiaya görə, bu qərardan sonra hakimlə qadın arasında yaxınlaşma olub. Onlar "vatsapp"la danışmağa, bir-birinə fotolar göndərməyə başlayıblar. Oktyabrın 31-də isə hakim V.Ö-nün sədrliyi ilə baş tutan  məhkəmə iclasında boşanma qərarı rəsmiləşib. Bundan sonra hakim boşatdığı qadınla Kayseridəki restoranlardan birində görüşüb. Daha sonra parkda əl-ələ gəzən yeni cütlüyün öpüşməyə başlayıb. Bunu da qadının keçmiş əri E.Ç görüb və onlara hücum edib. O, hakimi bıçaqlayıb.

Xəstəxanaya aparılan hakim baş verənləri gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Türkiyə Ədliyyə Nazirliyinin qərarı ilə işdən çıxarılan hakim daha ucqar bölgə olan Diyarbəkirə göndərilib.