Rusiyanın məşhur teleaparıcısı Boris Notkin uzun müddət xərçəngdən əziyyət çəkirdi.

Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, bu barədə teleaparıcının dostu jurnalist Pavel
Qusiyev məlumat verib. Onun sözlərinə görə, son günlər Boris Notkin şiddətli ağrılardan şikayət edib.

"Mən onunla bir neçə gün bundan əvvəl görüşmüşdüm. Çox bədbin idi. Bədənində dəhşətli ağrıların olduğunu deyirdi. Düşünürəm ki, bu səbəbdən də, özünü öldürüb, - deyə Pavel Qusiyev bildirib.
Qeyd edək ki, Rusiyanın məşhur teleaparıcısı Boris Notkinin meyiti tapılıb. Aparıcının meyitini həyat yoldaşı tapıb. 1942-ci il təvəllüdlü aparıcının başında güllə yarası aşkar edilib. Onun yanında silah olub. Hadisə yerinə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Araşdırmalar zamanı məlum olub ki, meyitin yanından tapılan silan onun özünə məxsus olub. Tapançanın sənədləri qaydasında olub. Aparılan araşdırmalardan sonra Boris Notkinin intihar etdiyi məlum olub. Faktla bağlı istintaq davam edir.

Xatırladaq ki, Boris Notkin "TV Center telekanalının rəhbərlərində biridir. O, həmçinin "Boris Notkin dəvət edir verilişinin aparıcısı və rəhbəridir.