Astarada ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

Unikal.org APA-ya istinadən, hadisə zamanı Lənkəran rayon sakini 1976-cı il təvəllüdlü Elgün Vaqif oğlu Rzayev ölüb.

Astaranın Ərçivan qəsəbə sakini 1987-ci il təvəllüdlü Həlimə Fəttah qızı Rəhimova, Maşğan kənd sakini 1996-cı il təvəllüdlü Elməddin İsayev ,1987-ci il təvəllüdlü Səadət Hacıyeva, Lənkəran sakini Azər Qəhrəman oğlu Həsənov və Pərviz Rafiq oğlu Sadıqov xəsarət alıblar. Xəsarət alanlardan 4-2 Astara, 2-i Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 
13:56
Astara rayonunda 1 nəfərin ölümü, daha 6 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb. Hadisə zamanı daha 6 nəfəri xəsarət alıb.

Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.