Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın anbarında yanğın baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 4 m2 sahədə rəflər və rəflərə yığılmış ərzaq malları yanıb, yüksək temperaturdan lambirdən ibarət qapı əriyib.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.