Bir neçə il əvvəl əməliyyatla kişi olan Rüzgar Erkoçlar müsahibə verib.

Unikal.org Axşam.az-a istinadən xəbərinə görə, Rüzgar sevgilisi Tuğba Beyazoğlu ilə ailə qurub.

Rüzgar övlad sahibi olmaq istədiyini söyləyib:

"Övladım sevgi içində böyüyən bir uşaq olacaq. Uşağın maddi və mənəvi ehtiyacını yerinə yetirmək lazımdır. Ona görə bu bütün bunları təmin edə biləcəyimiz vaxtda uşaq istəyirik. İnşallah, bizə də uşaq qismət olar".

Erkoçlar "Fizioloji olaraq ata ola bilməyiniz mümkündür" sualına "Bu haqda çox danışmayacam. Tibbdə yeni üsullar mövcuddur. İndi onlarla maraqlanıram. Ata olmağı çox istəyirəm" cavabını verib.

Aktyor hələ də dərmanlar qbul etdiyini deyib.