Bakıda 27 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Unikal.org lent.az-a istinadən bildirir ki, polisə müraciət edən 1990-cı il təvəllüdlü Xəlilova Mina Novruz qızı bildirib ki, gecə saat 02 radələrində Bünyad Sərdarov küçəsi 12-nin qarşısında keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ağasəlim Xəlilov tərəfindən xuliqanlıq zəminində döyülüb.

A.Xəlilov saxlanılaraq polis bölməsinə aparılıb. O, izahatı alınandan sonra buraxılıb.