Cəlilabadda avtomobilin vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Unikal.org report.az-a istinadən bildirir ki, bu, Zaqatala rayonunun Maku kənd sakini, 54 yaşlı Cəbrayıl Seyfulla oğlu Rəhimovdur.

Onun cəsədi Məhkəmə Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil yolu keçmək istəyən piyada C. Rəhimovu vuraraq hadisə yerindən uzaqlaşıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin avtomobilin və sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.