Qazax rayonunun Kommuna kəndində baş vermiş yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

Unikal.org "Report"a istinadən bildirir ki, bunlar Qazax şəhər sakinləri - 1966-cı il təvəllüdlü Pərkizova Cəmalə Elman qızı, İbrahmanov Razin Nazim oğlu (1989), Bəkirov Nadir Rəşad oğlu (1989) və Daş Salahlı kənd sakini Mancanov Rəhman Abdı oğludur (1991).
Qazax şəhər sakinləri bir maşında, Daş Salahlı kəndindən olan şəxs isə digər maşında olub.

19:06

Qazax rayonunun Kommuna kəndi ərazisində yol qəzası baş verib.

Unikal.org report-a itinadən xəbər verir ki,  iki avtomobilin toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.