Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, noyabrın 15-dən sonra avtomobillərin yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadə edən sürücüləri 150 manatlıq cərimə gözləyir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bununla bağlı olan mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyyac var.

Ərşad Hüseynov hesab edir ki, yenilik qəbul edilərsə, hər dəfə mövsümi dəyişikliyə ehtiyac olmaz. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə avtomobilin arxa şüşəsini istəlilən səviyyədə məhdudlaşdırmağa icazə verirlir. Bu işlə məşğul olanları isə şəhərin müxtəlif ərazilərində görmək mümkündür.

Yol polisi isə elan edilən tarixdən sonra qaydalara uyğun avtomobili idarə etməyən sürücülərin cərimlənəcəyini bildirir.