Lənkəranda bağlı qapı arxasında qalmış qadın xilas edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri, 9 nömrəli binada qeydə alınıb.

Həmən binanın 64 nömrəli mənzilində yaşayan və yataq xəstəsi olan 1994-cü il təvəllüdlü Şəbnəm Azad qızı Həsənli köməksiz vəziyyətdə qapı arxasında qalıb.

Hadisə Yerinə FHN-nin Lənkəran Regional İdarəsinin Xüsüsi Riskli Xilasetmə Xidməti və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb edilib. Qadın xilas edilib, səhhəti qənaətbəxşdir.