Şamaxı şəhərinin Şeyid Əzim Şirvani küçəsində iki piyadanı maşın vurub.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.