Xəbər verdiyimiz kimi, Lənkəranda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindirektor müavini Ramiz İsgəndərov unikal.org-a açıqlamasında bildirib ki, biraz əvvəl İraq-İran sərhədində 7,2 bal gücündə zələlə olub:

"Yerli vaxtla saat 22:18:16-də İran-İraq ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan, Lənkəran ərazisində hiss olunub. Zəlzələnin episentri İranda olduğundan Lənkəran, Astara və Naxçıvanda da hiss olunub. Zəlzələnin maqnitudası 3 baldan bir az yüksək, 19 km dərinlikdə qeydə alınıb. Daha ərtafı sabah saat 10-a kimi məlumat vermək mümakün olacaq".

22:30

Lənkəranda zəlzələ olub. 

Unikal.org xəbər verir ki, saat 22:18 radələrində baş verən zəlzələ 4 maqnituda gücündə olub. Yeraltı təkanlar təqribən 1 dəqiqəyə yaxın davam edib. Bundan ehtiyat edən  sakinlər evlərini tərk ediblər.

Qeyd edək ki, hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Yeraltı təkanlar Lerik, Yevlax və Salyan rayonlarında da hiss olunub.