İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb, 2500-dən çox adam xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Təşkilatından bildirilib.

İSNA-nın məlumatına görə, 5346 nəfər xəstəxanalara çatdırılıb, onların bir hissəsi sonradan evə buraxılıb.

10:31

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.

Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.

09:52

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 200 ölüb, 1600 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.

09:13

Ötən gün axşam saatlarında İran və İraq sərhədində baş vermiş 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yaralıların sayı isə min nəfəri ötüb.

Unikal.org  xəbər verir ki, bu barədə İranın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Zəlzələ nəticəsində İraqda 6 nəfərin öldüyü bildirilir.

Böhran Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində əsas zərbə İranın qərbində yerləşən Kermanşah və İlam əyalətlərinə dəyib.

00:19

Bazar günü saat 22:18 radələlərində İran və İraq sərhədində baş verən 7,6 maqnituda gücündə zəlzələ nəticəsində İslam Respublikasının Süleymaniyyə vilayətinin Darbandihan şəhərində azı 6 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Küveytdə, Türkiyədə həmçinin Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.