Bakıda elan saytlarında ən baha qiymətə satışa çıxarılan avtomobil markası məlum olub.

Unikal.org Fins.az-a istinadən  bildirir ki, noyabr ayının 6-da Bakıda "Bentley Continental Speed" superkarı satışa çıxarılıb. 630 at gücündə 6.0l mühərrikli avtomobil 2016-cı il modeldir. Göy kupenin qiyməti 295 555 dollar təşkil edir. Bu isə 502 443 manat deməkdir.