Qlobal kriptovalyuta bazarında kəskin dalğalanmalar başlayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, dünənki hərraclarda (bitkoinlə əməliyyatlar bazar günü də aparılır) bitkoinin (BTC) qiyməti tarixi maksimum səviyyədən 30% aşağı düşərək 5 500 dollara geriləyib. Əksinə, "Bitcoin Cash" (BCH) noyabrın 11-də 650 dollardan noyabrın 13-də 2 790 dollara qədər, başqa sözlə 4,3 dəfə artıb.

Hazırda BTC-nin qiyməti 6 200 dollar, BCH isə 1 200 dollar təşkil edir. "Report"un analitik qrupu bitkoinlərdə müşahidə olunan sərt dalğalanmaların kiçik investorları çaşdırmaq məqsədi daşıdığını bildirir, qiymətlərin bu səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırır.