İranda baş verən zəlzələ nəticəsində çoxsaylı insan təlafatı ilə bağlı 3 günlük matəm elan olunub.

Unikal.org xəbər verir ki, dünən yerli vaxtla gecə 22:18 radələrində İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Nəticədə İranın Kermanşah şəhərində ölənlərin sayı 328 nəfərə çatıb və xeyli sayda yaralı var.

Hazırda zəlzələ nəticəsində qəzalı vəziyətə düşdüyü üçün 70 mindən çox insan evsiz qalıb.

Hadisə ilə bağlı 3 günlük matəm elan olunub.