Bu ilin sentyabrında Bakıda yük maşınının vurduğu qadın xəstəxanada vəfat edib. 

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cari il sentyabr ayının 26-da Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Adil Çələbiyev idarə etdiyi "KamAZ markalı avtomobillə yolu keçən paytaxt sakini Nazxanım Hacıyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 12-də orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.