"Mister Bin" kimi tanınan 62 yaşlı britaniyalı aktyor və komik Rouen Atkinsonun 3-cü övlad atası olacaq.

Unikal.org milli.az-a istinadən bildirir ki, onun 33 yaşlı xanımı Luiza Ford ilk övladına hamilədir.

R.Atkinsonun iki övladı - 23 yaşlı oğlu Ben və 21 yaşlı qızı Lili aktyorun Sanestra Şastri ilə nikahında doğulublar. "Mister Bin" 24 il nikahda olduğu, BBC-nin sabiq vizajisti S.Şastri ilə 2015-ci ildə boşanıb.

Aktrisa Luiza Fordun iki həftə sonra övladını dünyaya gətirəcəyi vurğulanır.

R.Atkinson və L.Ford 2013-cü ildə tanış olub. Onlar 2016-cı ildən bəri birlikdə yaşayırlar.

Adi yaşamında çox qaradinməz, sərt və ciddi insan olan R.Atkinson üçüncü övladının doğuşunu həyatla gözlədiyini deyib: "Bu, çox maraqlı, məsuliyyətli hadisədir. Medianın diqqətində də olmaq istəmirik".

Aktyorun qızı Lili isə atasının soyadından imtina edib, anasının soyadı olan Şastrini götürüb.

Lili Şastrinin dediyinə görə, atası ilə bağlı heç bir suala cavab vermək istəmir.