Bakıda iki səfirlik maşını toqquşub.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında qeydə alınıb.

Rumıniyanın Bakıdakı səfirliyinə məxsus "Audi markalı maşın Çexiya səfirliyinə məxsus "Volkswagen markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.