Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, liderlər arasında söhbət 4 saatdan artıq davam edib.
Geniş tərkibli danışıqlardan sonra tərəflər yenidən məhdud tərkibdə söhbətə qayıdıblar.
Danışıqların yekunlarını iki ölkə lideri mətbuata açıqlama ilə başa vuracaqlar.

xxx


Moskva və Ankara münasibətlərini tam həcmdə bərpa olunmuş hesab etmək olar.

Unikal.org-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb. Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya münaqişəsinin nizamlanmasında iş aparır. Putin türkiyəli həmkarına Rusiyaya səfər etdiyinə görə təşəkkürünü bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib: "Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bu gün ki görüş də məhsuldar olacaq".