Ötən həftə sonu Bəhreyndə neft kəmərinin partladılması ilə əlaqədar olaraq, neft qiymətləri bu həftəyə yüksəlmə ilə başlayıb.

Unikal.org-un məlumatına görə, Səudiyyə Ərəbistanı partlayışdan sonra Bəhreynə neftin nəqlini dayandırıb. Partlayışın digər təfərrüatları barədə məlumat verilməyib.

Brent markalı neft qiymətləri bu gün səhər saatlarında 0,08 faiz artım nümayiş etdirərək 63,57 dollar/barrel təşkil edib. WTI markalı neft üzrə dekabr fyuçersləri isə 0,12 faiz yüksəlib və 56,81 dollar/barrel təşkil edib.