"Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkədə aktyorun rəhmətə getdiyi yazılıb.

Yayılan xəbərlərlə bağlı "Bu Şəhərdə" layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov məlumat paylaşıb. 

"Kimlərsə və "nələrsə", Bİzim Coşqunun adından, şöhrətindən, statusundan- istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun, özlərinə reytinq və çörək qazanmaq istəyirlər.... və qazanırlar. Biləsiniz- sizin "xəbər"iniz özünüz kimi "odnorazovıy"dır. Dostlar! ALLAHA Şükür Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özüdə hal-hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Və Bizim Rafaelnən, onun ailəsi ilə bağlı, şəkilləri paylaşaraq, "sensasiya" yaratmaq istəyənlərin nəzərinə: - Adam erməni olmaz. P.s. Var olsun Bizim Tamaşaçılar!"