Nazir müşavirinin milyonluq sərvəti – Çexiyada hotel, villalar, lüks maşınlar…

14 Noyabr 2017 [12:11]


Vergi Nazirliyində Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri Habil Məmmədovla bağlı redaksiyaya maraqlı məlumatlar daxil olub.

Unikal.org bildirir ki, nazir müşavirinin həm ölkə daxilində, həm xaricdə biznes qurumları, obyektləri və lüks avtomobillər kolleksiyası var. Belə ki, onun Novxanıda, Bilgəhdə,Şüvəlanda və şəhərin bir neçə yerində villalarının olduğu, hündürmərtəbəli binaların altında 5-10 min kv metrlə ölçülən obyektləri var.

Eyni zamanda, Ə.Rəcəbli küçəsində hotelinin də olduqu bildirilir. Bunlarla yanaşı, Habil Məmmədovun Çexiyada da qiyməti bir neçə milyon dollar dəyərində olan hotelə sahib olduğu da söylənilir.

Vergi məmurunun qiyməti 200 min-dən yuxarı olan bir neçə avtomobilinin olduğu bildirilir. Onun avtomobil kolleksiyasında Brabus, Lexud, Mercedes S clas və digər markalar yer alır.

Orxan Həsənli









SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)