Xəbər verdiyimiz ki, noyabrın 12-də yerli vaxtla gecə 22:18 radələrində İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Nəticədə İranın Kermanşah şəhərində ölənlərin sayı 350 nəfərə çatıb və xeyli sayda yaralı var. Hazırda zəlzələ nəticəsində qəzalı vəziyətə düşdüyü üçün 70 mindən çox insan evsiz qalıb. Hadisə ilə bağlı 3 günlük matəm elan olunub.

Unikal.org zəlzələdən sonra Kermanşah şəhərində dağıntıların dəhşətli görüntülərini oxucularına təqdim edir.

Görüntülərdə daha diqqət çəkən məqam bir ananın dağıntılar altında qalaraq dünyasın dəyişən körpəsini qucağına alıb ağlamasıdır.