Rusiyalı iş adamı Telman İsmayılov qardaşı Vaqif ilə birlikdə son vaxtlarda yaşadığı Türkiyəni tərk edərək Fransaya gedib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildiridiyinə görə, dünən məhkəmə T.İsmayılovun beynəlxalq axtarışa verilməsi məqsədilə onun haqqında həbs qətimkan hökmü çıxarıb. Ona qarşı qanunsuz silah saxlama və qətl törətmək maddələri ilə qiyabi ittiham irəli sürülüb.

Qeyd edək ki, Vaqif İsmayılov daha əvvəl qardaşı Telmanın yanına - Türkiyəyə gedib və orada Antalyadakı "Mardan Palace" hotel kompleksində yerləşən iqamətgahda yaşayıblar